Bu gün "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən daha 30 ailədən ibarət 150 nəfər Cəbrayıl şəhərinə köçürülüb.

Mia.az xəbər verir ki, yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvana daxil olan ailılərin hər birnə yeni mənzillər verilib.

Xatırladaq ki, indiyədək Cəbrayıla 583 nəfərdən ibarət 163 ailə qayıdıb.

***

Cəbrayıl şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarların verilib.

Mia.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

MİA.AZ