Orta məktəblərdə payız tətilinin vaxtı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Məktəbəqər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq: “Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini də nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-nə təsadüf edəcək”.
Qeyd edək ki, noyabrın 8-də Azərbaycan Respublikasında Zəfər Günü, noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur. Hər iki bayramın qeyd olunduğu tarix ölkədə qeyri-iş günüdür.
Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün noyabrın 11-də qeyri-iş günü olacaq. Beləliklə, məktəblərdə qeyri-dərs günləri noyabrın 8-dən başlayacaq.