Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəlib.
Mia.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başlayıb.