ABŞ-da davam edən seçki prosesində səs verən namizəd Donald Tramp mühüm açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Floridada səs verən Tramp uduzsa, nəticələri qəbul edib-etməyəcəyi sualını da cavablandırıb. 

Həyat yoldaşı Melaniya Trampla səsvermədən sonra mətbuata açıqlama verən Tramp "Respublikaçı"ların səsvermədə aktiv olduğöunu deyib: "Ölkəin hər yerindən xoş xəbərlər gəlir. Düşünürəm ki, bu gün böyük uğur qazanacağıq".

Uduzacağı təqdirdə seçki nəticələrini qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavablandıran Trampın sözlərinə görə, bunun əksini iddia edənlərin dəlidir: "Bunun əksini iddia edənlərin dəli olduğunu düşünürəm. Əgər ədalətli, dürüst formada seçki olsa və mən uduzsam, bunu ilk qəbul edən mən olacam".

Teleaparıcısı Oprah Vinfrey və rəqibi Kamala Harrisi dəstəkləyən keçmiş prezident Barak Obamanı “bölücü" adlandıran nazmidin iddiasına əsasən, hazırda ABŞ-ın ən böyük problemi sərhədləridir: "Zəif sərhəd mühafizəsinə görə ölkəyə narkotik alverçiləri və terrorçular axışır..."

İranla bağlı da danışan Tramp bildirib ki, İrana zərər vermək istəmir: "Onların uğurlu ölkə olmasını istəyirəm, amma nüvə silahına sahib ola bilməzlər. Bu qədər sadə!".

Xatırladaq ki, qalib gələn namizəd 2025-ci il yanvarın 20-də and içəcək və 4 il müddətinə ABŞ-ın 47-ci prezidenti olacaq.

Lamiyə Əhmədli

MİA.AZ