Bu gün İsrailin baş naziri Netanyahu müdafiə naziri Yoav Gallantı vəzifəsindən azad edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.

Netanyahunun adından verilən açqılamada deyilir: "Nazirlə aramızda güvən sarsılmışdı. Aramızdakı uçurumu aradan qaldırmaq üçün dəfələrlə cəhd etdim, ancaq olmadı, əksinə, daha da daha da böyüdü. O səbəbdən belə qərar aldım..."

Yerli mətbuatda yayılan xəbərə görə, Qallantın müdafiə naziri postunda hazırkı xarici işlər naziri Yisrael Katz ilə əvəzləyəcəəyi gözlənilir.

Tahir Şəlvəli

MİA.AZ