Bu gün ABŞ-da keçirilən seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkəboyu, xüsusilə səsvermə məntəqələri ətrafında polis və digər mühafizə xidmətləri güclndirilımiş iş rejiminə keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Qəzetin məlumatına görə, ölkəboyu yerli hakimiyyət orqanları prezident seçkiləri öncəsi ciddi ehtiyat tədbirləri görüb: "Hətta səsvermə məntəqələrinin damlarına snayperlər yerləşdirilib. Küçələrə əlavə polis dəstələri yeridilib, küçələr PUA-larla nəzarətdə saxlanılır, şübhəli şəxslər dərhal saxlanılaraq yoxlanılır".

Məlumatda o da deyilir ki, Vaşinqton və Nevada ştatlarında hər hansı iğtişaş ehtimalına qarşı da hazırlıq görülüb: "Milli qvardiya hərbçiləri hazır vəziyyətdə gözləyir"

Lamiyə Əhmədli
MİA.AZ