Bu gün - noyabrın 5-də bütün dünyanın gözü ABŞ-da keçirlən 60-cı prezident seçkilərinə zillənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında gedənmübarizə\də hər iki namizədin şansları demək olar ki, eyni dəyərləndirilir - 48,5 faiz.

Məsələn, "Real Clear Politics" (RCP) xəbər portalında son 14 sorğunun ortalamasına əsasən, həm Harris, həm də Tramp 48,5 faiz dəstək alıb.

Bir çox ekspertlərin fikrincə, bu seçki ABŞ tarixində indiyədək keçirilmiş 59 seçkidən ən çətini olmaqla yanaşı, qalibin bərbaşdan proqnozlaşdırılması mümkünsüz sayılır.

Onu da qeyd edək ki, namizədlərin 270 nümayəndənin səsini alması şərt olan seçkidə qalibi 7 "yelləncək ştatlar"ın (Hər seçkidə "demokrat"larla "Respublikaçı" namizədlər arasında mövqe dəyişdikləri üçün 7 ştata belə ad qoyulub - Mia.az) 5-də Tramp, 2-də isə Harris kiçik fərqlə yarışa liderlik edir: "Tramp 7 ştatdan Pensilvaniyada 0,3 faiz, Corciyada 1,7 faiz, Şimali Karolinada 1,5 faiz, Arizonada 2,7 faiz və Nevadada 1 faiz səslə, Harrisin isə Miçiqanda 1,2 faiz, Viskonsin ştatında isə 0,4 faizlə  üstünlük qazanacağı proqnozlaşdırılır..."

Qeyd edək ki, seçkinin nəticələrinin gecə saatlarına açıqlanacağıda gözlıənilir. Qalib gələn ABŞ-ın 47-ci prezidenti olacaq.

Lamiyə ƏHMƏDLİ

MİA.AZ