Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan yerli vaxtla aat 13.20-də “CAN” təyyarəsi ilə Atatürk Hava Limanından Qırğızıstana yola düşüb.

Fəxri qarovul dəstəsini apronda qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.

Prezident Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və digər rəsmilər müşayiət edirlər.

Firudin Səfərli

MİA.AZ