Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə dünyanın yüksələn gücü olan Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı keçiriləcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC), Macarıstan və Türkmənistanın isə müşahidəçi ölkə olduğu təşkilatın növbəöti sammitində əlaqələrin daha da gücləndirilməsi imkanları müzakirə olunacaq.
Qırğızıstan Prezidenti Sadır Caparovun ev sahibliyi edəcəyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri iştirak edəcək: "Bundan əlavə, TDT Müşahidəçilərinin Dövlət/Hökumət Başçıları və TDT Baş Katibləri də sammitə qatılaacqlar. "Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik” mövzusu ilə yüksək səviyyəli çoxtərəfli və ikitərəfli məslələr günün mözvuları olacaq"
Firudin Səfərli
MİA.AZ