Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri siyahısında dəyişiklik edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Komissiyanın tərkibindən çıxarılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru isə sözügedən Komissiyasının üzvləri sırasına daxil olunub.
Beləliklə, komissiyada İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevi TƏBİB rəhbəri vüqar Qurbanov əvəzləyib.
MİA.AZ