Sabah ABŞ-da keçiriləcək prezident seçkiləri mərc saytlarında qumara qoyulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın ən böyük mərc oyunları saytı olan "Kalshi" kimin qalib gələcəyini futbol oyunları kimi mərc sisteminə salıb.
İlkin məlumata görə, qısa zamanda 123 milyon dollar mərcə pul qoyulub: "Bu ildən seçkilərin mərcə qoyulması qanuni hal alıb...".
Xəbərdə deyilir ki, Demokratların namizədi Kamala Harris və Respublikaçı namizəd Donald Trampın gərgin rəqabət apardığı seçkilər yaxın tarixin ən rəqabətli yarışlarından biri olacaq: ""Kalshi"yə mərc edənlərin əksəriyyəti - 48 faizi keçmiş prezident Trampın qalib gələcəyini proqnozlaşdırır. Halbuki, Trampın qazanma ehtimalı kriptovalyuta ticarət platforması sayılan "Polymarket" və Böyük Britaniyada yerləşən iki əsas mərc platforması - "Sporting Index" və "Betfair Exchange"də də 59 faiz səviyyəsində görür".
Amerika Oyun Assosiasiyasının hesablamalarına görə, bu il Super Bowl LVIII-ə 23 milyard dollardan çox, March Madness-ə isə təxminən 2,7 milyard dollar mərc edilib.
Samir Musayev
MİA.AZ