Egey dənizində güclü zəlzələ baş verib.

Mia.az xəbər evrir ki, bu barədə Türkiyənin AFAD-ı məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 21.30-da Egey dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 6,45 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Lamiyə Əhmədli

MİA.AZ