Fransanın şimalında məscidə irqçi xarakterli hücum oluhb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə oktyabrın 29-da ölkənin şimalındakı Amiens şəhərinin Viktorina Otier küçəsində yerləşən məsciddə baş verib.

Məlumata görə, naməlim şəxs və ya şəxslər məscidin giriş qapısına benzin və dizel tökərək od vurublar: "Hadisə namaz vaxtı olub. Ölən və ya yaralanan olmayıb. Fakt araşdırılır".

Məscidin rəhbərliyinə məsul olan dərnəyin məsul şəxsi Bilel Furtado bildirib ki, səhər namazı üçün məscidə gələnlər tüstü iyinə bayıra qaçışıb: "Onların da köməyə ilə yanğın söndürlüb. Şikayət verilib, sözsüz ki, bu qəsdin günahkarları cəzalanmalıdır"

Firudin Səfərli

MİA.AZ