"İsrail və "Hizbullah" arasında atəşkəsə nail olmaq üçün səylərimiz davam edir"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Livanın baş naziri Nəcib Mikati verib.
O iddia edib ki, yaxın günlərdə və ya saatlarda İsrail və "Hizbullah" arasında atəşkəs əldə oluna bilər: "Bu, artıq an məsələsidir. Atəşkəs razılaşması barədə danışıqlarda İsrail ordusunun 7 gün ərzində Livanı tərk etməsini şərtləndərən maddə var. Buna paralel olaraq, "Hizbullah"ın deyil, Livanın qanuni ordusu sərhəd boyu yerləşdiriləcək və Livanın cənubunda “Hizbullah”a məxsus silahlara "əl qoyulacaq". bütün bu prosesə BMT-nin sülhməramlı qüvvələri də yardım edəcək. Yekun olaraq 10 min Livan əsgəri İsrail sərhədi boyunca yerləşdiriləcək. bütün bunlar 60 gün müddətinə yekunlaşacaq".
Baş nazir bildirib ki atəşkəs layihəsi ABŞ-ın liderliyi ilə İtaliya, Fransa, Almaniya, İspaniya, İngiltərə, BMT və region ölkələrinin iştirakı ilə hazırlanıb.
Firudin Səfərli
MİA.AZ