Elxan ŞAHİNOĞLU

***

Məşhur deyim var: “İki nəfərin bildiyi artıq sirr deyil”. Ukrayna Prezident Volodimir Zelenski parlamentdə “Qələbə planı”nın açıqladığı 5 bəndiylə yanaşı sənədin məxfi bəndlərinin olduğunu və həmin bəndləri Vaşinqton və Avropadakı müttəfiqlərinə təqdim etdiyini bildirmişdi.

ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” dərgisi həmin gizli bəndlərlə bağlı məqalə yayımlayıb. Məqalədə Zelenskinin ABŞ-dan “Tomahawk” raketlərini istədiyi yazılıb. Xəbəri qəzetə ötürən amerikalı rəsmi həmin raketlərin Ukraynaya verilə bilməyəcəyini söyləyib.

Məqalədə Volodimir Zelenskinin ABŞ Konqresinin Ukraynaya hərbi yardım məqsədilə ayrılan vəsaitin cəmi 10 faizinin reallaşdırılmasından narazılığı əks olunub.

Vaşinqton qəzetə bu sızmanı qəsdən edib. Məqsəd Ukrayna Prezidentinə anlatmaq olub ki, onun istəkləri yerinə yetirilməyəcək.

Qapalı danışıqların təfərrütlarının qəzetə ötürülməsi o deməkdir ki, gizli söhbətin mənası yoxdur” deyən Zelenski Vaşinqtondan haqlı narazılığını səsləndirib. Ukrayna Prezidenti Vaşinqtonun ünvanına ritorik sual da ünvanlayıb: “Rusiya müharibəyə Şimali Koreyadan 100 min hərbçini gətirərsə, mən bu halda nə etməliyəm? Qərb nə edəcək? ABŞ nə edəcək?”.

Volodimir Zelenski ağır vəziyyətdədir, Ukrayna ordusu cəbhə bölgəsində müqavimətini davam etdirsə də, güclər bərabər deyil. Zelenskinin hazırladığı “Qələbə planı” işə yaramadı. Çünki bəri başdan bəlliydi ki, ABŞ və Avropa dövlətləri Zelenskinin həmin plandakı istəklərinə yerinə yetirməyəcəklər.

MİA.AZ