Azərbaycan Xarici İşlər Nazirliyi İspaniya hökumətinə başsağlığı verib.

Mia.az  xəbər verir ki, bu barədə XİN-in paylaşımında deyilir: “İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”