Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.

Qeyd edək ki, Sahib Məmmədov 26 avqustda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri seçilib. Bundan sonra o, nazir müavini vəzifəsindən də azad olunub.

MİA.AZ