"Biz müharibə istəmirik, lakin İran öz hüquqlarını qoruyacaq. Hər kəs bilsin ki, İsrailin təcavüzünə layiqli cavab veriləcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətin iclasında etdiyi çıxışda söyləyib.
Pezeşkian İsrailin hücumunu beynəlxalq hüququn ayaqlar altında olması ilə izah edib: "İsraili bu qədər cürətkar davranmağa sövq edən ABŞ-dır. Amerika İsrailin bölgədəki təcavüzünü stimul verir və bu, gərginliyi hər keçən gün daha da artırır".
Pezeşkian xatırladıb ki, hələ bir ay əvvəl Qərb liderləri onlara İsrailin Qəzzaya hücumlarının dayandırılacağı haqda söz veriblər: "Ancaq onlar bu vədə də əməl etmədilər".
Xatırladaq ki, İsraili oktyabrın 1-də İranın raket hücumlarına xavab olaraq oktyabrın 26-da İrandakı hərbi obyektlərə zərbələr endirib. Nəticədə 4 hərbçi həlak olub. İddia edilib ki, İranın raket zavodlarına ağır zərər verilib.
Firudin Səfərli
MİA.AZ