Bu gün Türkiyənin Adana şəhərində zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-i, Bakı vaxtilə saat 20.07-də episentri Adananın Kozan rayonuna təsadüf eləyən 5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ 20,13 kilometr dərinlikdə baş verib.
Ölən və yaralanan olmayıb.
Lamiyə Əhmədli
MİA.AZ