Bakının Nizami rayonu, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib. Hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.