Bakı və Abşeronda son illər küçə itləri ilə bağlı səksəkə və problemlər artıb.

Təəssüf ki, bu problemə müvafiq qurular illərdir laqeyid yanaşıblar.

Küçə itləri isə günü gündən daah ciddi problem kimmi paytaxt və Abşeron sakinlərini daha çox narahat etməyə başlayıb.

Bu dəfə sakini olduğum Abşeron rayonunun Məmmədli kəndindəki küçə itlərinin "tüğyan" etməsindən söz açacağam. O kənddən ki, Abşeronun ən böyük və bəlkə də ən problemli kəndidir. 

İTİNİZ HÜRSÜN ...

Ən qədim dualarımızdan biri "itiniz hürsün, ocağınız yansın" dır. Məmmədli kəndində isə itlərin hürməsi həmişə qorxuya səbəb olub. Kiçik yaşlı uşaqları səhər erkən saatlarda məktəbə yola alan valideynlərin təlaşını, yaxud işə tələsən kənd sakinlərinin çəkdiyi qorxunu təsəvvür edirsiniz, yəqin. Kəndimizin geniş əraziləri axşam düşən kimi, sahibsiz itlərin oylağına çevrilir. 

Məmmədli kəndində küçə itlərinin sayı son bir ildə o qədər artıb ki...

Kəndin əhalisi bu itlərin yaratdığı təhlükələrdən necə qurtulmağın yolunu isə tapammır...

Onu da qeyd edim ki, bu itlərin çoxu xəstəlikdən, aclıqdan və soyuqdan əziyyət çəkir. Ən çox rastlaşdığımız hal isə burada yeni doğulmuş itlərin vəziyyətidir. Sizin üçün onlardan bir neçəsinin şəkilini çəkmişəm (Fotolar yazının sonunda verilib - Müəllif) aşağıda verilib. Düşünürəm ki, bu, vəziyyətin mahiyyətini anlamağa daha da kömək edər. 

 KÜÇƏ İTLƏRİ- PROBLEM VƏ HƏLLİ YOLLARI 

 Küçə itləri probleminin həlli üçün dünyanın hər yerində hərəkat başlanıb. Hətta, yaxın günlərdə bu məsələ qardaş Türkiyənin Milli Məclisində ən çox müzakirə olunan məsələlərdən biri olub. Belə ki, millət vəkilləri sahibsiz itlərin iynə ilə öldürülməsini təklif edib. Heyvansevər cəmiyyətləri məsələnin bu şəkildə həll olunmasını qətiyyətlə rədd edir. Ancaq bununla belə, müvafiq qqueumlar küşə itlərini ərazilərdən toplamağa və onları sığnıacaq mərkəzlərinə verməyə başlayıb. Türkiyədə hər bələdiyyənin nəzdində belə bir sğınacaq mərkəzləri var...

Amerika və Avropada isə sahibsiz heyvanlarla bağlı qanunların qəbul edilməsi 1960-cı illərə gedib çıxır.

Küçə heyvanlarının yaşaması üçün sığınacaqlar salan Qərb öllkələri, eyni zamanda, ev heyvanlarını küçələrə atan insanlara ciddi cərimələr tətbiq edir. O səbəbdən Avropa problemin həllinə nisbətən yaxınlaşmış vəziyyətdədir.

Bununla belə sahibsiz heyvanlarla bağlı məsələlərdə hələ də tam uğur qazana bilməyiblər. Həm insan sağlığına, həm də itlərin vəziyyətinə təsir edən bu məsələ yalnız sosial deyil, həm də ekoloji bir problem kimi qiymətləndirilir.

HEYVANLARİN QORUNMASI VƏ CƏMİYYƏTİN RİFAHI 

Məsələn, Fransada heyvanlara qarşı məsuliyyətsiz yanaşan və onları küçəyə atan şəxslər ciddi cərimələrlə üzləşir. Həmçinin, itlər üçün məcburi peyvənd və qeydiyyat sistemi mövcuddur.

Hollandiyada "no-kill" (itlərin öldürülməməsi) siyasəti mövcuddur, bu da itlərin sığınacaqlara yerləşdirilməsini şərtləndirir.

Almaniya sahibsiz itlərin idarə olunmasında ən sərt  qaydalara malik ölkələrdən biridir. Burada itlər üçün mikroçip vasitəsilə qeydiyyat və peyvənd məcburidir. 

Azərbaycanda 100 mindən çox sahibsiz it var 

Son illərdə Azərbaycanda sahibsiz itlərin saynın 100 mini aşdığı deyilir.

Bakı və Abşeron yarımadasında isə küçə itlərinin sayı daha çoxdur. Günü-gündən artan statistika, eyni zamanda, quduzluğun, yoluxucu xəstəliklərin, itlərin insanlara qarşı hücum təhlükəsinin artması deməkdir. Sürü halında dolaşan itlər  insanların təhlükəsizliyini ciddi formada təhdid edir

Əzizə Hakverdi

MİA.AZ