"Qəzzada atəşkəs danışıqları yaxın günlərdə başlayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Antoni Blinken Qətərin paytaxtı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşdə deyib.
O, birgə mətbuat konfransıdan Qətərli rəsmilərlə görüşdə regional və qlobal hadisələrlə yanaşı, Yaxın Şərqdəki son vəziyyəti, xüsusilə də İsrailin Qəzza və Livana hücumlarının müzakirə edildiyini bildirib. Əlavə edib ki, münaqişələr dayandırılması, humanitar yardımların bölgəyə paylanması qarşısında əngəllər qaldırılmalı və danışıqlar prosesi canlandırılmalıdır: "İsrail və HƏMAS arasında atəşkəs danışıqları yenidən başlayacaq. İnanıram ki, bu dəfə danışqılar nəticəyönümlü olacaq. Sözsüz ki, bu prosesdə Qətərin vasitəçilik rolu yüksəkdir".
ABŞ-ın böhranın böyüməsinin qarşısını almaq üçün sıx diplomatik səylər göstərdiyini iddia edən Blinken deyib ki, müharibəni bitirmək, bütün girovların evlərinə qayıtrması və Qəzza xalqı üçün daha yaxşı gələcək qurmağın vaxtıdır: "Hesab edirəm, HƏMAS lideri Yəhya Sinvarın ölümü ilə bağlı İsrail qarşısına qoyduğu strateji hədəflərə çatıb".
Tahir Şəlvəli
MİA.AZ