Ankarada silah zavodunda dünın baş verən terror aktından sonra Türkiyə İraq və Suriyanın şimalında PKK terrorçularına qarşı daha sərt zərbələr endirməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, indiyədək terrorçulara məxsus ümumilikdə 32 hədəf uğurla məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyat dayanmayıb, davam edir: "Terrora qarşı əzmlə mübarizəmiz davam edəcək".

Türkiyə mətbuatı yazır ki, gün ərzində hələlik 59 PKK-çı məhv edilib.

Firudin Səfərli
MİA.AZ