"Əgər Qərb Ukraynaya hərbi birləşmə göndərərsə, bu, birbaşa nüvə gücləri arasında qarşıdurma yaradacaq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O, gündəlikdəki mövzularla baöğlı suallara cavabda deyib ki, Fransanın müdafiə naziri Sebastien Lecornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələr yerləşdirilməlidiir" bəyanatı fəlakətə yol aça bilər: "Dediyim kimi, bu, fəlakətlə nəticələnəcək. Avropanın bir çox ölkəsi Fransanın bu təklifini yaxşı ki, dəstəkləmir. Rusiyaya mane olmaq və strateji baxımdan məğlub etmək cəhdləri uğursuz nəticələnəcək. Mən bu barədə Fransanın yaxşı düşünməsini istəyirəm".

Zaxarova onu da bildirib ki, Kiyevin NATO-ya dəvət edilməsi nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqlar mövzusu ola bilməz: "Unutmayın, elə  bu məsələ Ukraynada müharibənin əsas səbəbidir".

Zülfiyyə Mustafayeva

MİA.AZ