"İsrail ABŞ-ın israrlı təzyiqinə baxmayaraq, İrana hücum etmək üzrədir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı İsrailin dövlət televiziyası KAN yayıb.

Telekanal bildirib ki, ABŞ İsrailə "hücumu yumşaltmaq" üçün davamlı təsir edir: "Lakin İsrail İrana qarşı mümkün hücumla bağlı tarixinin ən gərgin və mürəkkəb dövrlərindən birinə şahidlik etmək üzrədir. artıq hücumla bağlı ən xırda detala qədər plan işlənilib və hər an həyata keçirilə bilər".

Telekanal İsrailin müdafiə naziri Yoav Gallant bu gün hərbçilərlə görüşündə işlətidyi ifadəyə xüsusi yer ayırıb. Nazir hərbçilərə xitabən deyib: "İrana hücum etdikdən sonra hər kəs sizin hazırlıq və təlim prosesində nə etdiyinizi anlayacaq".

Bu iddia ilə bağlı İsrail administrasiyasından heç bir açıqlama verilməyib.

Lamiyə Əhmədli

MİA.AZ