Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda BRICS sammiti çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevlə ayaqüstü söhbət ediblər.

Mia.az xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.