Dünən Ankarada terror törədənlərdən birinin şəxsiyyəti müəyyən olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, zavoda avtomat silahlarla hücum edən xain terror aktında zərərsizləşdirilən şəxs PKK üzvü Ali Örekdir: "TUSAŞ-a hücumu həyata keçirən terrorçulardan biri PKK terror təşkilatının üzvü "Rojger kod" adlı Ali Örek, digəri - qadın terrorçu isə Mine Sevjin Alçiçek olub".
Nazir qeyd edib ki, heç bir terror aktı onları qorxuda bilməz: "Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm".
Firudin Səfərli
MİA.AZ
***
Bu gün - oktaybrın 23-də Türkiyənin paytaxtı Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan "Türk Hava və Kosmos Sənayesi A.Ş." şirkətinin zavodunda terror hadisəsi törədilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
O, Kahramankazan bölgəsində baş verən terror aktında ölən və yaralananların olduğunu bəyan edb: "Təəssüf ki, hücumda şəhidlərimiz və yaralananlarımız var. İctimaiyyətə geniş məlumat veriləcək".
***
Türkiyə mətbuatı terroru biri qadın olmaqla ii nəfərin avtomat silahla həyata keçirdiyini bildirir.
Qeyd edilib ki, terror aktı nəticəsində 4 nəfər şəhid olub, 14 yaralı var.
Terroru törədən hər iki şəxs hadisə yerində məhv edilib.
Lamiyə Əhmədli
MİA.AZ