ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının noyabrın 5-də keçiriləcək seçkilərdə prezidentliyə namizədi olan Donald Tramp  keçmiş dövlət başçısı Barak Obamanı təhqir edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.

Tramp Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən mitinqdəki çıxışında Obamanın rəqibi Kamala Harrisi dəstəkləməsinə çox qəzəbli reaksiya verib: “O, iyrənc adamdır,  o, əsl axmaqdır. Onun son bir neçə gündə Harrisin seçki kampaniyasındakı çıxışlarını izləmişəm. Onun nə qədər bölücü olduğunu gördüm. O, bu ölkəni parçaladı, özünü və kiçik qrupundan başqa kimsəni nəzərə almır. Dəhşətli səhnə idi...".

Tramp iddia edib ki, Obama Harris üçün kampaniya aparmağa başlayıb: "Çünki Harrisin özü də təşviqat kampaniyası aparmaq qabiliyyətində deyil...".

Zülfiyyə

MİA.AZ