Xəbər verdiyimiz kimi, Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq həyatını itirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.
Mia.az-ın məlumatına görə, Pravda.az səslənən etirazlarla bağlı “Körpü Bina Tikinti” MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.
Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanlar olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər: “Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə nəsə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub”.
Xatırladaq ki, “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.
Yeri gəlmişkən, Mia.az onu da bildirir ki, bu gün araşdırmaçı jurnalist Cavanşir Həsənli Xlil Göyüov haqqında maarqlı xəbər paylaşıb. O, feysbuk-dakı səhifəsində Göyüşovun övladlarının ASlmaniyada 40 milyonluq otel aldıqlarını yazıb: "Çoxdanlarda yazmışdım ki, su basan bu tuneli tikən Xəlil Göyüşov, övladları Ramiz və Rüfət Göyüşovlar o illərdə Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.
Samir Musayev
MİA.AZ