Türkiyə prezidenti Ərdoğan ABŞ-da ölən FETÖ lideri Fətullah Gülənlə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan FETÖ liderinin əlinin şəhid qanına bulaşdığını deyib: "Şəhid qanının hesabını çəkmədən bu dünyadan getdi, amma ilahi ədalətdən qaça bilməyəcək".

Dövlət başçısı FETÖ və onun "qol-qanadı"na qarşı fasiləsiz mübarizənin davam edəcəyini bəyan edib.

Firudin Səfərli

MİA.AZ