Türkiyənin Xarici işlər naziri Hakan Fidan FETÖ lideri Fəttullah Gülənin ölümü ilə bağlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Güənin ölümü barədə yayılan xəbəri təsdiqləyib.
Hakan Fidan bildirib ki, bu, kəşfiyyat məlumatları ilə dəqiqləşdirilib: "Kəşfiyyat mənbələrimiz FETÖ liderinin ölümünü təsdiqlədi. Qaranlıq təşkilatın lideri öldü".
Nazir onu minlərlə gənci aldadaraq, xəyanətkara çevirməkdə itttiham edib.
Firudin Səfərli
MİA.AZ