Bu gü Rusiya ilə Ukrayna arasında cəsəd mübadiləsi həyata keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukraynada Əsirlərə Yardım Koordinasiya Qərargahı bəyanat yayıb.
Bəyanatda deyilir ki, müharibədə həlak olan əsgərlərin qalıqlarının qaytarılması çərçivəsində bu gün 501 ukraynalı əsgərin cəsədi Rusiyadan geri alınıb: “Bunlardan 382-si Avdiyivkaya istiqamətində, 56-sı Bəhmuta istiqamətində, 45-i Marinkaya istiqamətində, 6-sı Uğledar istiqamətində, 4-ü Zaporojya istiqamətində, 7-si Luqansk istiqamətində, bir hərbçinin meyirti isə Rusiyadan morqdan qəbul edilib".
Açıqlamada bildirilib ki, meyitlərin çoxu çürüyüb, tanınmaz hala düşüblər: "Şəxsiyyətləri müəyyən edildikdən sonranəşləri dəfn üçün ailələrinə veriləcək"
Rusiya parlamentinin deputatı Şəmsail Sarəliyev isə deyib ki, Rusiya 501 cəsədin yerinə Ukraynadan 89 hərbçinin meyitini geri alıb.
Samir Musayev
MİA.AZ