Türkiyə prezidentinin maaşı 30 faiz qaldırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, 2025-ci il üçün ölkə büdcəsi layihəsində qeyd edilib.
Prezident Aparatının (Cumhurbaşkanlığı) Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi 2025-ci il büdcə layihəsinə əsasən, Prezidentin maaşı illik 2 milyon 856 min olaraq müəyyən edilib: "Beləliklə, Prezident Ərdoğanın aylıq maaşı 2025-ci ildə 183 min (9071 manat) lirədən 238 min lirəyə (11800 manat) yüksələcək".
Samir Musayev
MİA.AZ