"Meta" "Instagram"da şantajın qarşısını almaq üçün yeni qadağalar tətbiq etməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu iyrəncliklə mübarizə aparmaq üçün yeni təhlükəsizlik funksiyalarını təqdim olunub.

Xüsusilə gənc istifadəçilərə qarşı fırıldaq və şantajlara yönəlik yeni funksiyalar paylaşılan şəkillərin pis niyyətli insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır: "Hər kəs bilir ki, bəzi insanlar gəc qadınların fotolarını götürür və daha sonra şantaj və ya hansısa fırıldaq məqəsdiylə ondan istifadə edirlər. Əsasən şantaj edib pul alırlar. Bunun qarşısıı almaq üçün artıq istifadəçiləribn fotolarının başqaları tərəfindən "skan" edilməsi mümkün olmayacaq". 

Şirkətdən bildirilib ki, bu yeni funksiyalar platformanın təhlükəsizliyini artırmaqla yanaşı, etibarını da qoruyacaq: "Digər qadağa isə ekran görüntüsünün bloklanmasıdır. Artıq başqasının paylaşımlarının ekran görüntülərinin çəkilməsi (screen) mümkün olmayacaq".

"Meta" bunlarla yanaşı, "İnstagram"da şübhəli hesabarı da ləğv etməyə başlayıb: "Şübhəli hesabların istifadəçilərin izləyici siyahılarına və etiketlənmiş fotolarına daxil olması bloklanacaq. Bununla da onların yeni qurbanlar "ovlaması" mümkünsüz olacaq"

Ləman

MİA.AZ