Moskvada "360° Podmoskovye” telekanılın aparıcısı öldürülüb.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Andrey Rıbakinin cəsədi axşam "Universitet” metrostansiyası yaxınlığındakı mənzilində aşkarlanıb. Bu barədə telekanalın saytında gedən xəbərdə deyilir.
Ekspertlər jurnalistin bədənində güllə yarasının izlərini aşkar ediblər. Təhqiqatçılar hələ ki, qətlin motivini aşkar eləməyiblər.