ABŞ-ın Nyu-York şəhərində Rusiya, ABŞ, Çin, İngiltərə və Fransadan ibarət “nüvə beşliyi” qrupunun iclası keçirilib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə açıqlama verib.

O, brifinqdə verilən suala cavab olaraq, oktyabrın 10-da belə bir görüşün olduğunu təsdiqləyib. "Bəli, ekspertlər səviyyəsində belə bir görüş baş tutub. Bilirsiniz ki, Rusiya avqust ayında “nüvə beşliyi” qrupunun sədrliyini Çinə təhvil verib. Bu, Qərb ölkələrinin nüvə təhlükəsini artıran strateji risklər yaradıb. Rusiya isə bu platforma vasitəsiylə beynəlxalq təhlükəsizliklə bağlı məsələlərin həllinə öz töhfəsini verməkdə qərarlıdır".

Samir Musayev

MİA.AZ