"İsrailin Qəzzada müharibəsi beynəlxalq humanitar hüquqa zidd və əxlaqsızlıqdır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, mülki insanlara qarşı zorakılıq, insanların sıx toplaşdığı yerlərə və ictimai obyeklərə hücumlara haqq qazandırmaq mümkün deyil.

Zaxarova İsrail ordusunun ötən gün Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının həyətindəki çadırları bombalamasına izah verməkdə çətinlik çəkdiklərini deyib: "Bu dəhşət idi. Görüntülər bizi şoka saldı. Amerikalılar bu bölgəyə fəlakət gətirib. Hazırkı məqamda Qəzza zolağında yaşayanların iztirablarına ancaq hərbi əməliyyatların dayandımaqla son vermək mümkündür. Əks halda Qəzzada görünməmiş və dağıdıcı böhran qarşısıalınmaz məcraya yönələ bilər. Rusiya  və bir çox ölkə Qəzzada vəziyyəti yaxşılaşdırmaq üçün hazırda ciddi təşəbbüslər göstərir. Qəzzada qarşıdurmaların dayandırılması ilə yanaşı, Fələstin məsələsi - onun dövlət kimi elan olunması ilə problem beynəlxalq hüquq kontekstində bidəfəlik həllini tapmalıdır"

Zaxarova təəssüflənib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) ABŞ və müttəfiqlərinin mövqeyinə görə atəşkəs tələb edən qətnamə qəbul olunmur: "Əvəzində bölgədə qarşıdurma alovu artmaqdadır. Bu yanğın Fələstin ərazisi ilə yanaşı, Livan ərazisinə də yayılıb. ABŞ və digər BMT TŞ üzvləri həm bu məsələyə görə, həm də qlobal sülh və təhlükəsizliyin qorunmasına məsuliyyət daşıyır..."

Samir Musayev

MİA.AZ