ABŞ-da baş yeparxiya kilsədə zorlanan azyaşlılara gərə böyük məbləğdə təzminat ödəyəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri Los-Anceles Roma Katolik Baş Yeparxiyası təsdiqləyib.
Yeparxiyadan bildirilib ki, katolik keşişləri tərəfindən vaxtilə cinsi istismara məruz qalan 1353 nəfərə ümumilkdə 880 milyon dollar ödəniləcək: "Artıq bu məsələ tərəflərlərin hər biri ilə fərdi şəkildə razılaşdırılıb".
Baş yepiskop Xose H. Qomez baş verən hadisəyə görə dfaha bir bəyanat yayıb. O, zorlanma faktlarına görə utanç hissi keçirdiyini deyib: "Bu hadisələrin hər birinə görə üzr istəyirəm. Ümid edirəm ki, bu təzminat müqaviləsi bu insanların çəkdiyi ağrıları az da olsa, yüngülləşdirəcək"
Xəbərdə deyilir ki, bu, ABŞ-da ən böyük kompensasiya hesablaşmalarından biri kimi tarixə düşəcək.
Samir Musayev
MİA.AZ