İlon Mask və digər milyarderlər ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenid\ən prezident seçkilməsi üçün bütün imkanlarını səfərbər ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Tesla"nın, o cümlədən X və digər sosiel media platformalarınn sahibi İlon MaskTrampın seçki kampaniyası üçün 75 milyon dollardan çox pul ayırıb: "Bu ianə seçkinin taleyinə ciddi təsir göstərən ştatlarda seçicilərin səfərbər edilməsinə yönəlmiş böyük kampaniyaya xərclənir. Maskdan savayı, mühafizəkarlər qanadından sayılan milyarder Miriam Adelson Trampın kampaniyasına 95 milyon dollar bağışlayıb. Milyarder Riçard Uihlein isə 50 milyon dollar Trampa "peşkəş" edib. Bununla da təkcə bu üç milyarderin ümumi yardımı 220 milyon dollar çatıb. Hələ burada digər milyarderlərin ianələri daxil deyil".

Maraqlıdır ki, Trampın seçki qərargahı toplanan ianənin ümumi məbləğini açıqlamaqdan yayınır.

Məlumatda deyilir ki, Donald Trampın rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki kampaniyasına da ciddi maliyyə axını var: "Harris seçki kampaniyasına hələ bir neçə ay əvvəl bir milyard dollar toplanması haqda rəsmi xəbər var. Ötən ii ayda isə daha 633 milyon dollar ianə olunub. 

Lamiyə Əhmədli

MİA.AZ