İsrail ordusu BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) müşahidə postunu atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə UNIFIL məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu Kefer Kila yaxınlığındakı mövqedə olan sülhməramlıların postunu "Merkava" tankından atəş açıb: "Nəticədə müşahidə qülləsi və orada olan iki aktiv kamera zədələnib. Postda dağıntılar var. Ölən və ya yaralanan olmayıb".
Bəyanatda daha sonra İsraildən və döyüşən tərəflərdən sülhməramlıların mövqeyi ilə bağlı tədbirli davranmaq tələb olunub: "Hər iki tərəf öhdəliyə əməl etməlidir".
Xatırladaq ki, İsrail ordusu oktyabrın 10-dan etibarən sülhməramlılardan Livanın cənubuna geri çəkilməyi tələb etsə də, rədd cavabı alıb. Bundan sonra bir dəfə İsrail tankları BMT qüvvələrinin bazasına girib, hərbçiləri təhdid edib. Lakin beynəlxalq təzyiqdən sonra geri çəkilsə də, bundan sonra 4 gün dalbadal müşahidə postlarına atəş açıb. Nəticədə ümumilikdə sülhməramlıların 20 hərbçisi yaralanılb.
Tahir Şəlvəli
MİA.AZ