Prezident Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnalı təhqir etmək ittihamı ilə mühakimə olunan CHP-nin sabiq lideri Kamal Kılçdaroğlu  İstanbul 48-ci Asliye Cəza Məhkəməsinin iclasa zorla gətirilmə qərarına çox sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məhkəmə və haqqındakı qərara toxunmadan birbaşa Prezident Ərdoğanı hədəf alan bəyanat verib.

CHP-nin sabiq sədri Ərdoğana meydan oxuyaraq "Hodri meydan" deyib: "...Ərdoğanın kabusu olmağa, və iqtisadi böhran davam etdikcə, Kılıçdaroğluna qarşı düşmənçiliyi artırmağa, müxtəlif hiylələrlə CHP-liləri siyasətdən sıxışdırmağa çalışanlara açıq və aydın çağırışım budur: bir CHP-lini saray ədliyyəsinə təslim etməyəcəyik. Məni və ya digər yoldaşlarımızı əsla yolda buraxmayacağıq. Məhkəməyə göstəriş verməyi dayandırın, Ərdoğan. Əgər sənin problemin mənimlədirsə, mən dik durmağa davam edəcəm, bunu bil".

O, daha sonra ölkədəki korrupsiyaya, vətəndaşların cibindən oğurlananlara toxunub və söz verib ki, bunlara qarşı son nəfəsinədək mübarizə aparacaq: "Söz verirəm: dünən də, bu gün də, sabah da son nəfəsimə qədər bu xalq üçün mübarizə aparacağam. Geri addım atsam, namərdəm”.

Samir Musayev
MİA.AZ