İsrail ordusu Livanı bu dəfə dənizdən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, hava və quru hücumlarından sonra İsrail ordusu dənizdən Livana hücum etməyə başlayıb: "İsrail Hərbi Dəniz Qüvvələri Livandakı Hizbullah hədəflərinə bu gün zərbələr endirilib. Zərbəylə "Hizbullah"a məxsus raket sistemləri və silah anbarları vurulub".

Ordu dənizdən Livana hücumun əks etdirən görüntülər də paylaşıb.

Zülfiyyə

MİA.AZ