Türkiyədə bu gün güclü zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtilə saat 11.46-da Malatyanın Kale rayonunda 5,9 bal gücündə zəlzələ olub.
Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.
Zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.
Xəbərdə o da deyilir ki, zəlzələ səbəbindən Malatya və Elazığda məktəblər bağlanıb.
Lamiyə
MİA.AZ