ABŞ-da prezident seçkilərində səsverməyə rəsmən start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gündən Corciya ştatında noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün ilk səsvermə prosesi başlayıb.
Məlumata görə, səsvermə yerli vaxtla saat 09:00-da başlayır və noyabrın 5-dək davam edəcək: "Səsvermədə indiyədək 180 min nəfər iştirak edib".
Lamiyə Əhmədli
MİA.AZ