"Beyrut və Dahiyə ("Hizbullah"ın mərkəzi qərargahı sayılan paytaxtdakı bölgə -Mia.az) hücumların azalacağı ilə bağlı ABŞ rəsmiləri bizə ötən həftə  zəmanət verib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion açıqlamanı Livanın Baş naziri Necib Mikati Qətərin "Əl-Cəzirə" televiziyasına müsahibəsində açıqlayıb.

O, deyib ki, ötən həftə Amerikanın yüksəkçinli rəsmiləri ilə gərgin danışıqları olub: "Keçən həftə ABŞ rəsmiləri ilə danışdıq. Onlar bizə Beyrut və cənubdakı gərginliyi azaltmaq üçün təmiinat verdi. ABŞ rəsmiləri İsrailə təzyiq məsələsində ciddi olduqlarını və İsraildən atəşkəs tələbini gücləndirdikərini dedilər...".

Mikati əlavə edib ki, bununla belə, İsrailin Livandakı mühüm obyektlərə, hava və dəniz limanlarına hücum etməyəcəyinə zəmanət yoxdur.

İsrail dövlət televiziyası KAN bu müsahibədən sonra iddia edib ki, "Hizbullah"ın Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına hücumundan sonra Baş nazir Binyamin Netanyahu ABŞ prezidenti Co Baydenin tələbi ilə orduya Beyruta hücumları dayandırmağı əmr edib.

Ancaq İsrail Müdafiə Nazirliyindən bildirilib ki, Təl-Əviv rəhbərliyinin Beyruta hücumları dayandıracağı barədə xəbər doğru deyil.

Lamiyə Əhmədli

MİA.AZ