Bu gün Cəlilabad rayonunda zəlzələ olub.
Mia.az verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.