Şimali Koreya dünyanın diqqətni yenidən özünə cəlb edən sensasiyalı qərarı gerçəkləşdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şimali Koreya hərbçiləri Cənubi Koreya ilə ölkəni birləşdirən mühüm yolları partladıblar.

Cənubi Koreya Baş Qərargahı faktı təsdiqləyib və partlayışın videogörüntülərini yayıblar.

Açıqlamada Şimali Koreya ordusunun iki Koreyanı birləşdirən Gyeongui və Donghae yollarının bir hissəsini partlatdığı vurğulanıb: "Hədəf iki ölkə arasında ehtimal olunan müharbə zamanı keçidləri qapatmaqdır"

Xatırladaq ki, bu ilin yanvarında Şimali Koreya lideri Kim Çen In sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların kəsilməsi, o cümlədən Gyeongui magistralının bağlanması üçün kəskin tədbirlərin görülməsinə göstəriş vermişdi. Lakin aardan ötən 10 ayda müdafiə xəıtti möhkəmləndirilsə də, yollara toxunulmamışdı.

Tahir Şəlvəli

MİA.AZ