Çində yeni virusu aşkarlanıb

Çin alimləri yeni "sirli virus" aşkarlayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çin almləri  2019-cu ildə bir bataqlıqda gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri göstərən xəstə üzərində araşdırma aparıblar. 

Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində genetik analizlə əvvəllər məlum olmayan virus aşkarlandığı barədə hesabat yayıblar: "Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faizdən çoxdur".

Məlumatda deyilir ki, hadisədən sonra bataqlıda araşdırmanı gücləndirblər: "Nəticədə daha 17 bataqlıq virusu aşkarlanıb. Bundan sonra araşdırma qrupu virusun mənbəyini müəyyən etmək üçün bölgədəki gənə, ev heyvanları və vəhşi heyvanlar üzərində genişmiqyaslı ekoloji tədqiqatlar aparıb. Bu araşdırmalar nəticəsində qoyun, donuz və atlarda virus aşkar olunub. Mümkündür ki, bu heyvanlar virus daşıyıcısı ola bilər"

Xəbərdə deyilir ki, bununla belə, bu virusu daşıyan gənələr Avropa və Asiyada geniş yayılma riski daşıyır. Onun kütləvi insan ölümünə təsirləri hazırda geniş araşdırma tələb edir.

Zülfiyyə

MİA.AZ