ABŞ prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdi ilə bağlı daha bir xəbər yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniyada keçirdiyi seçki mitinqindən əvvəl Trampa sui-qəsd etməyə hazırlaşan silahlı şəxs saxlanılıb.

Şəhər Polis idarəsinsəb bildirilib ki, böyük ehtimalla Trampa üçüncü sui-qəsd cəhdinin qarşısı alınıb: "Dünən Trampın seçki mitinqinin keçiriləcəyi əraziyə yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança ələ keçiriblər. Vem Miller adlı 49 yaşlı şübhəli sağçı anti-hökumət təşkilatının üzvüdür. Onun Trampı öldürməyi planlaşdırması istisna edilmir...".

ABŞ mətbuatı yazır ki, saxlanılan Miller daha sonra qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunana qədər 5 min dollar girov müqabilində sərbəst buraxılıb: "O, təsadüfi adam deyil. Miller Kaliforniya Universitetində magistr dərəcəsi alıb, 2022-ci ildə isə Nevada Senatına namizədliyini irəli sürən şəxsdir".

ABŞ-ın bəzi media orqanları isə saxlanılan şəxsin Trampa sui-qəsd niyyəti olmadığını yazıblar.

Lamiyə Əhmədli
MİA.AZ