İsrail mediası Orduya istinadla son məlumatı açıqlayıb.

Mia.az xəbər verir ki, məlumatda Baş qərargah rəisinin ölümü təkzib edilib: ""Hizbullah"ın hərbi bazaya hücumunda 4 əsgər həlak olub, 58-i isə yaralanıb. Onlardan 7-nin vəziyyəti ağırdr".

***

İsrail mediası yazır ki, "Hizbullah"ın Hayfaya zərbəsi nəticəsində 3 nəfər ölüb.

Mia.az İsrail mediasına istinadla xəbər verir ki, hücum savaın indiyə qədərki "ən ağrılı gecə”si  sayıla bilər.

İsrail mediası yazır ki, ölənlərdən biri İsrailin Baş Qərargah rəisi Herzi Halevidir...

İddia ilə bağlı rəsmi xəbər hələlik verilməyib.

***

Bu gün kamikadze PUA-lar İsrailin "qəlbi"nə atəş açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayfa şəhərinə hücum nəticəsində 4-ü ağır olmaqla, azı 67 nəfər yaralanıb. 

Məlumatda diqqətçəkən digər məqam budur ki, İsrail hava nüdafiə sistemləri PUA hücumlarından "xəbər tuta" bilməyib: "Bu səbəbdən partlayıcı dolu PUA Hayfa şəhərinin cənubunda Binyamin bölgəsinə "öldürücü zərbə" vurub".

"Hizbullah" hücumu üzərinə götürüb: "İsrail ordusunun Hayfa şəhərinin cənubundakı Binyamina bölgəsindəki Qlolani Briqadasının təlim bazasına PUA-larla dəqiq hədəflənmiş zərbələr vurulub. Bu, Qəzzada Fələstin xalqının müqavimətinə dəstək , Livan və xalqını müdafiə etmək və Beyrutdakı Basta və Nuveyri məhəllələrinə edilən hücumlara cavab olaraq həyata keçirilib".

"Hizbullah" əlavə edib ki, öz ölkələrini və xalqlaırnı qorumağa hazırdırlar: "Düşmənin qarşısını almaq qətiyyətimizdənbir an olsun vax keçməyəcəyik".

İsrail hökuməti və ordusu PUA hücumu ilə bağlı hələlik açıqlama verməyib.

Firudin Səfərli

MİA.AZ